İsrailin HƏMAS silahlılarını zərərsizləşdirmək məqsədilə Qəzzaya endirdiyi cavab zərbələri nəticəsində ölən fələstinlilərin sayı 11 mini keçib.
Metbuat.az xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, müharibə nəticəsində ölənlərin sayı 11 180 nəfərə çatıb. Qurbanlar arasında azı 4 609 uşaq var.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS hərəkatının silahlı qanadı olan “İzzəddin əl-Kassam” briqadasının İsrailin nəzarətində olan ərazilərə hücumlarından sonra Yaxın Şərqdə vəziyyət kəskinləşib.
İsrail tərəfi HƏMAS-ın hücumuna cavab olaraq Qəzza sektoruna, Livan və Suriyanın ayrı-ayrı rayonlarına zərbələr endirməyə başlayıb.