"Real" Mbappedən imtina etdi - Əvəzində onu alır

“Real Madrid” Kilian Mbappe transferindən imtina edib.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Real” rəhbərliyinin heyətdə Mbappe profilində futbolçular olduğu üçün belə qərar verdiyi irəli sürülür. İddia edilir ki, Junior Vinisius da Mbappenin transferinə qarşı çıxdığı üçün “Real” rəhbərliyi Kərim Benzemanın yerinə transfer etməyə üstünlük verib. Vinisius Junior Mbappenin kluba gəlişinin onun nüfuzunu aşağı salacağını və “Qızıl top” mükafatı qazanmasına mane olacağını hesab edir.

Bildirilir ki, “Real Madrid” Mbappenin əvəzinə “Mançestr Siti”nin hücumçusu Erlinq Haalandı transfer etmək istəyir. “Real”ın Haalandın 200 milyon dollarlıq sərbəst qalma məbləğini ödəməyə hazır olduğu irəli sürülür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR