Britaniya səfirliyi Bakıda müharibə qurbanlarının xatirəsini andı - FOTO

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Bakıda müharibə qurbanlarının xatirəsini yad etmək üçün Anım günü keçirib.

Metbuat.az xəbər verir ki, bu barədə Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld "X" hesabında yazıb.

"Münaqişə nəticəsində həyatını itirənlərin və yaralananların hamısını xatırlamaq üçün hər il anım mərasimi keçiririk. Böyük Britaniyanın Bakıdakı icması, diplomatik missiyaların və Müdafiə Nazirliyinin nümayəndələri bu mərasimdə iştirak edərək müharibə qurbanlarını iki dəqiqəlik sükutla yad ediblər", - paylaşımda qeyd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı