Əsirləri azad etmək üçün razılıq əldə edilə bilər - Yoav Qalant

İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, HƏMAS-ın nəzarətində olan israilli əsirləri azad etmək üçün razılıq əldə edilə bilər.

Metbuat.az xəbər verir ki, bu barədə Qalant əsirlərin ailələri ilə görüşü zamanı belə deyib. Qalant əsirləri hər vasitə ilə xilas etməkdə qərarlı olduqlarını və bunun razılaşma və ya əməliyyatla ola biləcəyini bəyan edib. Qalant HƏMAS-la ancaq hərbi təzyiq etməklə mübarizə apara biləcəklərini bildiyini qeyd edib.

“Bu müharibədə hüquq-mühafizə orqanları yalnız iki şeylə maraqlanır: HƏMAS-ın məğlubiyyəti və əsirlərin geri qaytarılması. Bizim müharibə üçün bir cədvəlimiz yoxdur. Əsirlər azad olunana qədər davam edəcəyik" - müdafiə naziri Yoav Qalant bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı