Sülh müqaviləsi ilin sonuna qədər bağlanacaq? - Qriqoryan

Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri səviyyəsində demarkasiya və delimitasiya komissiyalarının nümayəndələri iyulun 12-də sonuncu dəfə görüşüblər.

Metbuat.az axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan deyib.

Görüşlərin niyə dayandırıldığı barədə sualı cavablandıran Qriqoryan qeyd edib:

“Son iclasda qərara alındı ki, prosessual məsələlər müzakirə olunur. Hesab edirəm ki, ilk növbədə əməkdaşlığın formatı və forması razılaşdırılmalı, tənzimlənməlidir, sonra görüşlər olacaq”.

Sülh müqaviləsinin ilin sonuna qədər bağlanıb-bağlanmayacağı ilə bağlı da sualı cavablandıran baş nazirin müavini dəqiq tarix deyə bilməyəcəyini söyləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı