Hindistanın keçmiş baş naziri Manmohan Sinqhin vəfatı ilə əlaqədar ölkədə 7 günlük milli matəm elan edilib.
Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 2025-ci il yanvarın 1-dək ölkədə dövlət bayraqları yarıya endiriləcək və rəsmi əyləncə tədbirləri keçirilməyəcək.
Manmohan Sinqhin dəfn mərasimi dövlət səviyyəsində təşkil olunacaq və dekabrın 28-də baş tutacaq. Dəfn günü Hindistanın xaricdəki səfirliklərində də milli bayraq yarıya endiriləcək.
Qeyd edək ki, keçmiş baş nazir 92 yaşında vəfat edib. O, yaşlı insanlara xas bir neçə xəstəlikdən əziyyət çəkirdi. Həkimlərin bütün səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Manmohan Sinqh Hindistanın "Hindistan Milli Konqresi" partiyasının üzvü olub və 2004-2014-cü illərdə ardıcıl iki müddət baş nazir vəzifəsini icra edib.