İstehsalçı şirkət siqaretin qiymətinin artması ilə bağlı xəbərlərə aydınlıq gətirib.
Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, İstehsalçı şirkətdən siqaretlərin qiymətində artım olmadığı deyilib.
Belə ki, marketlər şəbəkələrindən birinə aid olan mağazalarda qiymətlər artırılıb.
18:13
Azərbaycanda siqaret yenidən bahalaşıb.
Metbuat.az Operativ Media-ya istinadən xəbər verir ki, bütün növ siqaretlər üzrə qiymətlər 10 qəpik artıb.
Artıq marketlərdə siqaretlər yeni qiymətlə təklif olunur.
Qeyd edək ki, Kent, Sobrania, Winston və s. kimi bəzi siqaret markaları bir müddət əvvəl də 20 qəpik bahalaşmışdı.