9 oyundur məğlub olan kluba qadın məşqçi gətirildi - Tarixi qərar

Almaniya Bundesliqasında ardıcıl 9 matçda məğlub olan "Union Berlin"in baş məşqçi Urs Fişer istefaya göndərilib.

Metbuat.az xəbər verir ki, klubun açıqlamasına görə, tərəflər qarşılıqlı razılaşma əsasında müqaviləni pozublar. Məlumata görə, ötən mövsüm liqanı 4-cü pillədə başa vuraraq ciddi uğura imza atan Berlin komandası bu mövsüm keçirdiyi son 9 matçda məğlub olaraq Bundesliqada 6 xalla sonuncu pillədə qərarlaşıb."Union Berlin" Çempionlar Liqasının C qrupunda 1 xalla son pillədə qərarlaşıb.

Urs Fişerdən sonra kluba müvəqqəti olaraq Marko Qrotu gətirilib. Texniki heyətə Mari-Luiza Eta da cəlb edilib. Beləliklə, Eta ilk qadın köməkçi məşqçi kimi Bundesliqa tarixinə adını yazmağı bacarıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı