Qubad İbadoğlunun həbs müddətinə dəyişiklik edildi

Qubad İbadoğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Metbuat.az xəbər verir ki, bu barədə onun vəkili Zibeydə Sadıqova məlumat verib.

Onun sözlərinə görə, Nərimanov rayon məhkəmənin qərarına əsasən, Qubad İbadoğlu barəsində həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.

Qeyd edək ki, Qubad İbadoğlu avqust ayında həbs edilib. O, ilk olaraq Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı