DSX-nin azad olunmuş ərazilərdə yeni hərbi infrastrukturu yaradılacaq

Dövlət Sərhəd Xidmətinin struktur qurumlarının sənədlərlə iş və tenderlərin təşkili üzrə əməkdaşlarının bilik səviyyəsinin artırılması, onların nəzəri və praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

Bu barədə Metbuat.az-a DSX-dan məlumat verilib.

2023-cü ilin perspektiv iş planına əsasən 14.11.2023-cü il tarixdə DSX Akademiyasında Dövlət Sərhəd Xidmətinin hərbi birləşmə və hissələrinin sənədlərlə iş sahəsi üzrə çalışan əməkdaşları, 15.11.2023-cü il tarixdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin birgə planı əsasında Dövlət Sərhəd Xidmətinin struktur qurumlarının tender komissiyalarının üzvləri ilə iki günlük təlim toplantıları keçirilib.

Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunmasını və ölkə başçısının 8 noyabr – Zəfər Gününün üçüncü ildönümündə Xankəndi şəhərində keçirilən hərbi paradı qəbul etməsi ilə dövlətimizin qüdrətini, xalqımızın böyük mübarizə əzmini bir daha bütün dünyaya nümayiş etdirdiyini xüsusi vurğulayıb, həmin ərazilərdə yeni hərbi infrastrukturun yaradılması, qarşıya qoyulmuş tapşırıqların yüksək səviyyədə icrası, struktur qurumlarda sənədlərlə işin müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun aparılma vəziyyəti, sənədlərin icra müddətinə ciddi nəzarət edilməsi, vətəndaşların müraciətlərinə baxılması və cavablandırılması, sənədlərin müvafiq işlərə tikilməsi və arxivləşdirilməsi, mətbəə formalarına dair sifarişlərin hazırlanması, təyinatı üzrə istifadə olunması məsələlərinə toxunaraq bu sahələrdə daha məsuliyyətli, tələbkar və diqqətli olmağın vacibliyini qeyd ediblər.

Dövlət Sərhəd Xidmətinin struktur qurumlarının tender komissiyaları üzvlərinin təlim toplantısında Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Aparat rəhbərləri, Dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri, Daxili nəzarət və audit şöbəsinin müdiri, Dövlət Sərhəd Xidmətinin struktur qurumlarının tender komissiyalarının üzvləri, Dövlət Sərhəd Xidmətinin Maddi-Texniki Təminat Baş İdarəsinin və Maliyyə-Plan İdarəsinin şöbə rəisləri iştirak ediblər.

Tədbir iştirakçılarına 2023-cü il üzrə və Dövlət Sərhəd Xidmətinin tələbatına uyğun olaraq 223 lot üzrə müsabiqənin elan edilməsi, 219 lot üzrə açıq tenderin, 4 lot üzrə təkliflər sorğusunun keçirilməsi, 223 ədəd əsas şərtlər toplusunun hazırlanması və 136 ədəd müqavilənin bağlanılması barədə məlumatlar verilib, gələcək fəaliyyətin təşkili ilə bağlı “Elektron satınalma prosedurları”nın vahid internet portalına keçirilməsi zamanı şəffaflığın artırılması məqsədi ilə kompleks tədbirlərin görülməsinin vacibliyi vurğulanıb, tender komissiyası üzvləri və satınalma mütəxəssisləri ilə 1 yanvar 2024-cü il tarixindən qüvvəyə minəcək yeni “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunu barədə nəzəri və praktiki məşğələlər keçirilib.

Təlim toplantılarında fəaliyyət istiqamətləri üzrə məruzələr, müraciət və təkliflər dinlənilib.

Tədbirlərin sonunda hərbi qulluqçulara xidməti fəaliyyətlərində uğurlar arzulanıb, DSX Akademiyasında ucaldılmış Dahi Öndər Heydər Əliyevin və “Dəmir Yumruq” abidələrinin önündə xatirə şəkli çəkdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı