​“Real” və “Barsa” savaşında ikinci pərdə - Bu futbolçu üçün hərəkətə keçdilər

Arda Gülerin transferindən sonra "Real Madrid" və "Barselona" yenidən eyni futbolçunu transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, hər iki klub "Atletik Bilbao" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq Niko Uilyamsı transfer etmək istəyir. “AS” qəzetinin məlumatına görə, “Real” və “Barselona” hücumda rəqabəti artırmaq üçün uğurlu oyun nümayiş etdirən Niko Uilyamsı əsas transfer hədəfi kimi seçib. Məlumata görə, Villamsla "Yuventus", PSJ və "Bavariya"nın da maraqlandığı və bir çox komandanın gənc futbolçunu izlədiyi bildirilib.

Qeyd edək ki, 21 yaşlı futbolçu bu mövsüm 10 matçda meydana çıxıb, 1 qol vurub, 5 məhsuldar ötürmə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR