Azərbaycanlı aşpazın toyda bu görüntüsü onları qorxuya saldı - FOTO

Rusiyada keçirilən erməni toylarının birində azərbaycanlı aşpazın hərəkəti erməniləri qorxuya salıb.

Metbuat.az bizim.media-ya istinadən xəbər verir ki, buna səbəb 22 oktyabr tarixində Moskvada “Triumf” restoranında erməni toyunda aşpaz Qədir İsgəndərzadənin şah plovu məclisə geyindiyi uniformanın qol hissəsində Azərbaycanın bayrağını əks etdirən xəritə ilə təqdim etməsi olub.

Həmin an çəkilən görüntülər sosial şəbəkədə yayılaraq erməni izləyicilərinin qəzəbinə səbəb olub.

Onlar “Yeni mövsümdə əziz ermənilər, restoran seçərkən ehtiyatlı olun”, “Ya xalq olaraq bir araya toplaşmalıyıq, ya da ki, tezliklə heç nə olmamış kimi, Ermənistanda Azərbaycan bayrağı altında Azərbaycan plovu yeyəcəyik” deyə şərhlər yazıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı