Dəhşətli qəzada ölən 15 yaşlı Fəridin görüntüsü - FOTO

Ələt-Astara avtomobil yolunun Salyan şəhərindən keçən hissəsində baş verən, qəzada kəllə-beyin travması alan Salyan şəhər 4 saylı orta məktəbin 10-cu sinif şagirdi, Qırxçıraq kənd sakini, 2008-ci il təvəllüdlü Məlikzadə Fərid Xalıq oğlu axşam saatlarında xəstəxananın reanimasiya şöbəsində ölüb.

Metbuat.az lent.az-a istinadən xəbər verir ki, ötən gün axşam saatlarında rayonun Aşağı Kürkənd kəndi ərazisindən keçən hissəsində yolda təmir işləri aparan "SHACMAN" markalı avtomobilin sərnişin daşıyan mikroavtobusun qarşısına çıxması nəticəsində 11 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Salyan xəstəxanasına yerləşdirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR