HAMAS İsraildə musiqi festivalına belə hücum edibmiş

Fələstinin radikal HAMAS hərəkatının tərəfdarları İsrailin cənubunda keçirilən Nova musiqi festivalından xəbərsiz olublar və onun iştirakçılarına hücum etmək qərarına gəliblər.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, bu barədə İsrail təhlükəsizlik xidmətindəki mənbələrindən əldə etdiyi məlumatlara görə “Haaretz” qəzeti məlumat yayıb.

Onların sözlərinə görə, yaraqlılar yəqin ki, dronlar və deltplanlar vasitəsilə festivalla bağlı məlumat alıblar, bundan sonra tədbir keçirildiyi yerə əlavə qüvvələr göndəriblər.

Bunu HAMAS tərəfdarlarından birinin üzərindəki kamera görüntüləri göstərir. Videodan bəlli olur ki, o tutduğu adamdan festivalın keçirildiyi Kibbutz Reim istiqamətini soruşur.

Ümumilikdə polis həmin gün ən azı 364 nəfərin öldürüldüyünü bildirir. Nəşr eyni zamanda qeyd edir ki, onlardan bəzilərinin faciəvi qəza nəticəsində öldüyünü də istisna etmək olmaz. HAMAS silahlılarına atəş açan İsrail helikopteri yaxınlıqdakı festival iştirakçılarını vura bilərdi. Hələ ki, İsrail Müdafiə Qüvvələri belə bir hadisə ilə bağlı rəsmi açıqlama verməyib.

Oktyabrın 8-də, HAMAS hücumundan bir gün sonra İsrail könüllüləri ölkənin cənubunda yerləşən Kibbutz Reimdə ən azı 260 cəsəd aşkar ediblər. Yaraqlıların hücumu zamanı ölənlərin hamısı açıq havada keçirilən musiqi festivalında olub. Bildirilib ki, HAMAS tərəfdarları oktyabrın 7-də tədbir iştirakçılarının çoxunu güllələyiblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı