Bilik Fondu xarici tələbələrin iştirakı ilə 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirib

17:02 19 Yanvar 2015
120 Digər
Ölkə mətbuatı
A- A+

[ 19 Yanvar 2015 16:56 ]


Bakı - APA. Prezident yanında Bilik Fondunun “Fikir şənbəsi” klubunda növbəti görüş 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunub.

 

Fonddan APA-ya verilən məlumata görə, tədbirdə 20 Yanvar Cəmiyyətinin sədri Soltan Əzimzadə, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədr müavini Rüzgar Əliyev, Şəhid Ailələri və Milli Qəhrəmanlar İctimai Birliyinin sədri Əlirza Mehdiyev, şəhid Cəbrayıl Xanməmmədovun həyat yoldaşı Şövkət Xanməmmədova, 20 Yanvar hadisələrində əlil olmuş Mustafa Əliyev, Cavid Abdullayev və Azərbaycanda təhsil alan xarici tələbələr, Bilik Fondunun könüllüləri iştirak ediblər.

 

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra Bilik Fondunun icraçı direktoru Oktay Səmədov 25 il öncə Bakıda dinc insanlara qarşı törədilən qətliamdan danışıb. O, xüsusən xarici tələbələrin diqqətinə çatdırıb ki, 1990-cı ilin ağır günlərində ümummilli lider Heydər Əliyev Moskvada Azərbaycan səfirliyinə gələrək xalqımızın yaşadığı fəlakəti bütün dünyaya bəyan edib.

 

Tədbirdə 20 Yanvar dəhşətlərini göstərən film nümayiş olunub.

 

Bakı Slavyan Universitetinin xarici tələbələri şəhərin bugünkü görüntülərini fotoşəkillərlə canlandırıblar. Tədbirdən sonra Bilik Fondunun könüllüləri tərəfindən qiymətləndirilən fotoloların müəllifləri mükafatlandırılıblar. 1-ci yerə Rusiya təmsilçisi Mərcan Nağıyeva, 2-ci yerə Latviya təmsilçisi Linda Eltermane, 3-cü yerə Türkmənistan təmsilçisi İrada Əliyeva, 4-cü yerə Rusiya təmsilçisi Arzu Mardanova layiq görülüblər.

 

Tədbirdə Bilik Fondunun könüllüsü, eşitmə qüsurlu Behbud Cəfərquliyevin 20 Yanvar hadisələrinə həsr etdiyi rəsmlər nümayiş olunub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369616

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR