İsraillə HƏMAS arasındakı razılaşmanın detalları açıqlandı

İsrail Qəzza zolağından azı 50 girovun geri qaytarılmasını nəzərdə tutan planı qəbul edib, bundan sonra anklavda hərbi əməliyyatlar bərpa olunacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Baş nazir Binyamin Netanyahunun ofisinin bəyanatında deyilib.

"İsrail hökuməti bütün girovları vətənə qaytarmaq niyyətindədir. Bu gün axşam hökumət bu məqsədə çatmaq üçün birinci mərhələ planını təsdiqləyib, ona əsasən dörd gün ərzində ən azı 50 qaçırılmış qadın və uşaq azad ediləcək. Qaçırılmış daha 10 nəfərin azad edilməsi daha bir gün sakitlik verəcək”, - bəyanatda qeyd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı