​İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda tələfat artdı

İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda tələfat 14 mini ötüb.

Metbuat.az xəbər verir ki, Qəzza zolağındakı hökumətdən açıqlamasına görə, İsrailin Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayının 14 min 532-yə yüksəlib, yaralananların sayı isə 33 mini keçib.Açıqlamada həyatını itirənlərin azı 5600-nün uşaq, azı 3550-nin qadın olduğu, 6800-dən çox insanın isə ya dağıntılar altında qaldığı, ya da itkin düşdüyü bildirilib. Açıqlamada İsrailin hücumlarında Qəzza zolağında 44 min evin dağıldığı, 230 min evin zərər gördüyü, evlərin 60 faizinin isə yaşayış üçün yararsız hala düşdüyü bildirilib.

Qeyd edək ki, Qəzzada İsraillə HƏMAS arasında atəşkəs elan edilib. Razılaşmaya əsasən dörd gün ərzində tərəflər bəzi girovları azad ediləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı