Amerikalılar Baydenin İsraillə bağlı siyasətinə güclü dəstək vermədi

ABŞ Prezidenti Co Baydenə dəstək getdikcə azalır.

Metbuat.az xəbər verir ki, ölkədə keçirilən ictimai rəy sorğusuna görə, gənc seçicilərin 70 faizi Baydenin İsrailin Qəzzaya hücumlarını idarə etməsindən razı deyil. Məlumata görə, “NBC News” televiziyası 2024-cü il seçkiləri ilə bağlı yeni sorğu keçirib. Sorğu göstərib ki, Baydenin səsləri İsrailin Qəzza zolağına hücumlarının başladığı gündən sonra aşağı düşüb.Xüsusilə Demokrat Partiyasından olan gənc seçicilər arasında Baydenə dəstəyin azalması diqqət çəkib.

Bayden əvəzinə daha gənc namizəd görmək istəyən gənc seçicilərin 70 faizi Vaşinqton administrasiyasının İsraili dəstəkləmək siyasətini bəyənmir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı