3 ölkə 10 qol vuran "xəzinə"nin arxasınca düşdü

İngiltərə Premyer Liqasında gənc ulduz namizədlərə verdiyi önəmlə tanınan "Arsenal" daha bir istedadlı futbolçunu üzə çıxarıb.

Metbuat.az xəbər verir ki, "Arsenal"ın gənclərdən ibarət komandasında çıxış edən 15 yaşlı Çido Obi-Martin “Liverpul”la matçda 10 qola imza ataraq ölkədə gündəm olub. Yerli media 15 yaşlı futbolçunun istedadından yazır. Mikel Artetanın baş məşqçisi olduğu A komanda da məşq edən Çido Obi-Martin "Arsenal"ın "Liverpul"u 14-3 hesabı ilə məğlub etdiyi U16 matçında 10 qol vurub. "Arsenal"ın 15 yaşlı istedadlı futbolçusunu İngiltərə, Danimarka və Nigeriya milliləri də izləyib. Futbolçunun milliyəti səbəbilə üç ölkədən birinin millisini seçmək imkanı var. Danimarkada anadan olan Obi-Martin futbola “Kopenhagen Boldklub”da başlayıb.Avropa çempionatının seçmə mərhələsində Danimarkanın gənclərdən ibarət komandasının heyətində qol vuran 15 yaşlı futbolçu U16 İngiltərə millisində də çıxış edib.

Çido Obi-Martinin atası Nigeriyadan olduğu üçün futbolçu Nigeriya millisini də seçə bilər


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı