Messi və Ronaldo eyni klubda - Əfsanələr bir araya gəlir

Messinin “Barselona” ilə vida matçında Ronaldonun da iştirak edəcəyi irəli sürülüb.

Metbuat.az xəbər verir ki, “Barselona” Messi üçün vida matçı təşkil etmək istəyir. “FootballTransfers”in məlumatına görə, klub bu xüsusi oyunu gələn il keçirmək istəyir. Vida oyununda “Barca Legends XI”in heyətində David Villa, Ronaldinyo, Sesk Fabreqas, Rivaldo, Romario, Luis Enriqe və sabiq braziliyalı ulduz Ronaldo kimi futbolçuların olacağı gözlənilir. Məlumata görə, “Əl-Nəssr”in icazə verəcəyi təqdirdə portuqaliyalı superulduz Ronaldonun da oyunda iştirak etmək istədiyi bildirilir. Məlumata görə, Ronaldo Messi ilə vida matçında eyni komandanın heyətində yer ala bilər.

Xüsusi matçda “Real Madrid”in əfsanələrindən olan Serxio Ramos, Zinəddin Zidan, Qaret Beyl və “İnter Mayami” klubunun sahibi kimi Messinin hazırkı rəhbəri Devid Bekhemin də iştirak edə biləcəyi deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR