Bütün girovları azad edə bilərik - HƏMAS

Əgər İsrail bütün fələstinli əsirləri azad etsə, biz də əlimizdə olan İsrail əsgərlərini azad etməyə hazırıq.

Metbuat.az xəbər verir ki, bu barədə HƏMAS-ın nümayəndəsi Gazi Hamad açıqlama verib. O “Əl-Cəzirə” televiziyasına İsrail və HƏMAS arasında əldə edilən məhbus mübadiləsi razılaşması və humanitar müdaxilə ilə bağlı açıqlamalar verib. Əldə edilmiş razılaşmaya riayət etməklə bağlı diqqətli olduqlarını ifadə edən Hamad, əsirlərin dəyişdirilməsi və hərbi əməliyyatların dayandırılması ilə bağlı prosesin hazırda yolunda getdiyini bildirib. Hamad hələ də yardımların Qəzzanın şimalına çatmadığını və bu mövzuda Birləşmiş Millətlər Təşkilatı ilə əlaqə saxladıqlarını qeyd edib.

Qarşıdurmalarda 4 günlük fasilə də daxil olmaqla humanitar fasilənin uzadılması üçün də çalışdıqlarını ifadə edən Hamad, "Atəşkəsi uzatmaq və İsrailin hücumlarını dayandırmaq üçün hər şeyi etməyə çalışırıq. Vasitəçilərlə görüşlər keçiririk. Bu problemi həll edin və atəşkəsin uzadılmasına çalışın” deyə bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı