"Qarabağ" "Sabah"ı məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura start verilib.

Metbuat.az-ın məlumatına görə, günün yeganə matçında "Qarabağ" "Sabah"ın qonağı olub.

"Bank Respublika Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.

32-ci dəqiqədə meydan sahiblərindən Emmanuel Apeh 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib. "Köhlən atlar"da Toral Bayramov 58-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. İki dəqiqə sonra Nəriman Axundzadə komandasının ikinci qoluna imza atıb. 63-cü dəqiqədə Cesse Sekidika "bayquşlar"ın təsəlli qolunun müəllifi olub.

Bu nəticədən sonra xallarının sayını 29-a çatdıran "Qarabağ" liderliyə yüksəlib. "Sabah" 16 xalla 7-cidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR