​AFFA-nın Apellyasiya Arbitraj Tribunalı qərarlarını açıqladı

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının qərarları açıqlanıb.

Qurumun rəsmi saytında yer alan xəbərə görə, “Zirə” klubu tərəfindən verilən şikayət qismən təmin edilib.

Premyer Liqanın XII turunda “Sabah”la matçda qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəza ilə üzləşən “qartallar”ın hücumçusu Vladislav Kulaçın diskvalifikasiya müddəti azaldılıb. Ona bir matçlıq cəza verilib, digər üç qarşılaşma isə şərti kimi nəzərə alınıb. Ukraynalı forvarda üç aylıq sınaq müddəti təyin olunub.

Bundan əlavə, “Sumqayıt”ın şikayəti təmin edilməyib. “Neftçi” ilə XIII tur görüşündə etdiyi hərəkətə görə qırmızı alan “gənclik şəhəri” təmsilçisinin baş məşqçisi Samir Abasovun 3 oyunluq cəzası və klubun 1000 manat məbləğində cərimə edilməsi qüvvədə qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı