Azərbaycanın qadın karateçisi ilkə imza atdı

Azərbaycan karateçisi Elşanə Rüstəmzadə kyokuşin-kan növündə ilkə imza atıb.

Azərbaycan Karate Federasiyasından Metbuat.az-a verilən məlumata görə, təmsilçimiz dünya çempionatında böyüklər arasında medal qazanan ilk azərbaycanlı qadın karateçi kimi adını tarixə yazdırıb.

Qazaxıstanın Almatı şəhərində keçirilən yarışda mübarizə aparan Rüstəmzadə 50 kq çəki dərəcəsində bürünc mükafata yiyələnib.

Xatırladaq ki, bunadək 14-15 yaş qrupunda Nəzrin Hacıyeva (45 kq) mundialın qızıl medalını əldə edib. Milli komandamızın digər üzvü Cəmil Kazımlı (+65 kq) isə 3-cü yeri tutub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı