Türkiyənin Antalya şəhərində Asiya Parlament Assambleyasının (APA) İcraedici Şurasının iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Metbuat.az-a verilən xəbərə görə, iclasda 20 dövlətin parlament nümayəndə heyəti təmsil olunub.
Tədbirdə Azərbaycan Asiya Parlament Assambleyasının 2024-2025-ci illər üzrə sədri seçilib.