Netanyahuya qarşı çevriliş ediləcək? - İDDİA

İsrail mətbuatı baş nazir Binyamin Netanyahunun sədrlik etdiyi Likud partiyası daxilindən ona qarşı çevriliş iddialarından narahat olduğunu yazıb.

Metbuat.az xəbər verir ki, İsrailin “Ynet” xəbər saytının məlumatına görə, çevriliş olacağından narahat olan Netanyahu məsələni araşdırmaq üçün parlamentdə millət vəkilləri ilə görüşüb. Likud partiyasının adının açıqlanmasını istəməyən rəsmi nümayəndəsi Netanyahunun onu başqasının əvəzləyəcəyi ilə bağlı yayılan xəbərlərdən narahat olduğunu və partiyada bu ideyaya malik bir qrupun olub-olmamasına əmin olmaq istədiyini bildirib.

Qeyd edək ki, İsrail mediasında baş nazir Binyamin Netanyahunun istefaya göndərilə biləcəyi ilə bağlı məlumatlar yer alıb. “Likud” rəsmilərindən biri qeyd edib ki, partiya Netanyahunun yerinə başqa bir namizəd irəli sürməklə hökumətdən etimad səsverməsini geri götürmək imkanını müzakirə edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı