Azərbaycan səfiri Belarus XİN rəhbəri ilə görüşüb

Azərbaycanın Belarusda fövqəladə və səlahiyyətli səfiri Ülvi Baxşəliyev bu ölkənin xarici işlər naziri Sergey Aleyniklə görüşüb.

Metbuat.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Belarus XİN “X” platformasında yazıb.

Tərəflər Bakı ilə Minsk arasında əməkdaşlıq üzrə yol xəritəsinin hazırlanmasını müzakirə ediblər.

Belaruslu diplomat ölkələrarası siyasi dialoqun intensivləşdirilməsi və ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində göstərdiyi səylərə görə səfirə təşəkkür edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı