Rusiya taxıl ixracını niyə dayandırır? - "Anbarlar doludur, qadağaya səbəb..."

Gömrük və Tarif tənzimlənməsi üzrə Rusiya hökumətinin alt komitəsi buğda, qarğıdalı, arpa və çovdarın xaricə tədarükünə avtomatik qadağanın tətbiqi məsələsinə baxıb.

Metbuat.az-ın məlumatına görə, alt komitədən bildirilib ki, əgər ölkədə 10 milyon ton taxıl qalsa daxili istehlak üçün kritik olaraq müəyyən edilən səviyyəyə uyğun olaraq ixracın dayandırılması barədə bu qərar verilə bilər.

Ekspertlərin qənaətinə görə, belə bir kabusun yaşanmaması üçün Rusiya Kənd Təsərrüfatı Nazirliyinə hər ay ölkədə taxıl balansına nəzarət etmək tapşırılıb. Əgər onlar kritik həddə - 10 milyon tona düşərsə, müvəqqəti ixrac qadağası tətbiq oluna bilər.

Rəsmi məlumatlara görə, 2023-cü ildə rus fermerləri əkilmiş ərazilərdən 98% -dən çox taxıl yığıblar. Bu da təqribən 151 milyon tondan çox taxıl deməkdir.

Rusiya Federasiyasının Kənd Təsərrüfatı Naziri Dmitri Patruşevin sözlərinə görə, 2023-cü ildə Rusiya tarixdə ikinci ən böyük məhsulu sayılan taxılın sayəsində nəinki daxili ehtiyacları tam ödəyə, həm də xarici ölkələrə rekord həcmdə taxıl göndərə biləcəklər.

Bəs, belə əlverişli şərait varsa nə üçün daxili anbarlarda taxıl qıtlığı ilə bağlı açıqlamalar verilir?

Bu suallara cavab olaraq kənd təsərrüfatı eksperti Aleksandr Korbut bildirib ki, söhbət makaron istehsalı üçün nəzərdə tutulan bərk buğdanın ixracına qoyulan qadağadan gedir:

“Heç kim taxıl ixracına qadağa qoymağa hazırlaşmır. Anbarlarda taxılın mövcudluğuna nəzarət edilməsi barədə qərar qəbul edilib. Və müəyyən edilib ki, orada qalmalı olan minimum həcm 10 milyon tondur. Bu standartdır, FAO-nun - BMT-nin qida təşkilatının bütün tövsiyələrində var, lakin ixracatçılar üçün deyil, idxal edən ölkələr üçün. Bu, yeni məhsuldan ərzaq taxılının tədarükünü gözləməyə imkan verən həcmdir”.

Ekspert qeyd edib ki, istənilən halda taxıl ehtiyatlarını 10 milyon ton səviyyəsinə endirə bilməyəcəklər. Çünki bu daha çox taxıl kvotası və digər qaydalarla əlaqəli bir rəqəmdir.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı