"Qarabağ"ın toplu-topsuz məşqindən FOTOLAR

"Qarabağ"ın toplu-topsuz məşqindən   FOTOLAR
17:07 19 Yanvar 2015
135 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ" yenidən məşqlərə başlayıb. Fanat.az xəbər verir ki, Antalyada təlim-məşq toplanşına davam edən komanda bir günlük fasilədən sonra məşqləri yenidən bərpa edib. 


Bu gün "Qarabağ"ın planında 2 məşq var idi. Komanda ənənəvi olaraq səhər məşqinə Bakı vaxtı ilə saat 13.00-da yollanıb. Məşq 90 dəqiqə davam edib. Səhər məşqi fiziki yüklənmələr üzərində baş tutub. Futbolçular meydan boyu qurulmuş maneələri dəf edərək qapıya zərbələr üzərində çalışıb. Bir neçə təkrarla baş tutan təmrinlərlə səhər hazırlığı başa çatıb.


Qeyd edək ki, səhər məşqində Çumbinyodan başqa bütün futbolçular iştirak edib. Braziliyalı futbolçu trenajor zalında xüsusi proqramla hazırlaşıb.


"Qarabağ"ın ikinci məşqi Bakı vaxtı ilə saat 19.00-a təyin olunub. 


Fanat.az




















Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqarabaquotn-toplu-topsuz-mqindn-t17609.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR