​İlon Mask HƏMAS-ın Qəzzaya dəvətinə cavab verdi

İlon Mask HƏMAS-ın Qəzzaya dəvətinə cavab verib.

Metbuat.az xəbər verir ki, o, Qəzzaya getməyin bir az təhlükəli göründüyünü deyib. HƏMAS-ın dəvətini rədd edən Mask, sahibi olduğu X platformasında Qəzza ilə bağlı "Hal-hazırda bir az təhlükəli görünür" deyə bildirib.

Qeyd edək ki, İlon Maskın mübahisəli şərhindən sonra “Disney” və “Apple” kimi bəzi şirkətlər reklamlarını platformadan geri çəkmişdi. Ardınca Mask İsrailə səfər edib. Amerikalı milyarder Prezident İsaak Hersoqla görüşüb və baş nazir Benyamin Netanyahu ilə HƏMAS-ın hücumuna məruz qalan Kfar Aza qəsəbəsini gəzib. Bundan sonra HƏMAS-ın yüksək səviyyəli rəhbərlərindən biri olan Usamə Həmdan da İsrailin bombardmanının törətdiyi dağıntıların miqyasını görmək üçün İlon Maskı Qəzza zolağına dəvət etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı