“AzərEnerji”: Zəlzələ olan ərazilərdə heç bir problem qeydə alınmayıb

Bu gün yerli vaxtla saat 19:49-da Mingəçevir ərazisində 4,5 gücündə qeydə alınan zəlzələdən sonra “AzərEnerji” ASC-nin mütəxəssisləri tərəfindən bu şəhərdə yerləşən istilik elektrik stansiyası, su elektrik stansiyası və yarımstansiyalara baxış keçirilib.

Bu barədə Metbuat.az-a "AzərEnerji" ASC-nin mətbuat xidməti məlumat verib.

Bildirilib ki, bu ərazilərdə heç bir problem qeydə alınmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı