"OPEC+" hasilat ilə bağlı qərarını verdi

Noyabrın 26-da planlaşdırılan amma qrup daxilində razılığa gələ bilmədiklərinə görə noyabrın 30-da baş tutan “OPEC+” üzvləri hasilat ilə bağlı razılığa gəliblər.

Metbuat.az "Bloomberg"ə istinadən məlumat verir ki, alyans üzvləri gələn ilin əvvəlində gündəlik hasilatın demək olar ki, 2 milyon barel azaldılması ilə bağlı qərar qəbul ediblər.

Bildirilib ki, Rusiya neft hasilatını gündəlik 500 min, Səudiyyə Ərəbistanı isə könüllü olaraq sutkada 1 milyon barel azaldacaq. Bununla yanaşı alyansda iştirak edən digər ölkələr də gündəlik neft hasilatını 1 milyon barel azaldacaqlar.

"OPEC+" ölkələrinin görüşündən sonra, Braziliyanın 2024-cü ilin yanvarından alyansa qoşulmaq barədə təklifinə müsbət cavab verilib.Beləki Brazilyada artan hasilat fonunda ölkənin alyansa üzvlüyü qərar verilib. Braziliya Neft və Qaz İnstitutunun 2023-cü ilin iyulunda apardığı hesablamalara görə ölkədə hasilat səviyyəsidünyada doqquzuncu yerdədir.

Xatırladaq ki, “OPEC+” üzvlərinin növbəti iclası gələn ilin iyunun birində baş tutacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı