"Fənərbaxça" tanınmış hücumçunu alır

"Fənərbaxça" İtaliya A Seriyasında çıxış edən "Yuventus"un futbolçusu Moise Kini heyətinə qatmaq üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, "Fənərbaxça”nın 23 yaşlı mərkəz hücumçusunu icarəyə götürmək istədiyi iddia edilir. "Yuventus"un bu mövsüm 11 matça çıxan, lakin heç bir qol və ya məhsuldar ötürmə verə bilməyən Kini göndərməyə hazır olduğu bildirilir. "Fənərbaxça” rəhbərliyi italiyalı hücumçu üçün 2 milyon avroluq icarə təklifi etdiyi bildirilib.

"Yuventus" Moise Kini mövsümün əvvəlində 30 milyon avroya "Everton"dan transfer edib. Hazırda transfer dəyəri 18 milyon avro olan gənc hücumçunun klubu ilə müqaviləsi 2025-ci ildə başa çatacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR