​Luçesko tarixi kluba gedir

Kiyev "Dinamo"sundan ayrıldıqdan sonra futboldan getdiyini açıqlayan və ardınca adı "Beşiktaş" və Rumıniya millisi ilə hallanan Mirça Luçeskununyeni komandası açıqlanıb.

Metbuat.az xəbər verir ki, 78 yaşlı Mirça Luçesku ölkəsinə qayıdır. Rumıniya mətbuatında yer alan xəbərə görə, Luçesku Superliqa komandalarından olan Buxarest “Dinamo”sunun baş məşqçisi olacaq. Tərəflərin razılaşdığı irəli sürülür. Klub meneceri Andrey Nikolesku bildirib ki, “Dinamo” hazırda liqanın aşağı sıralarında qərarlaşaraq, ikinci liqaya düşmək təhlükəsi ilə üzləşib. Klub rəhbərliyi Mirça Luçeskunun komandanı irəliyə daşıya biləcəyini ifadə edib.

Qeyd edək ki, ilk məşqçilik təcrübəsini Rumıniya millisində keçirən Mirça Luçesku daha sonra “FC Dinamo”, “AC Pisa”, “Breşia”, “Reggiana”, “Rapid Bukarest”, “İnter”, “Qalatasaray”, “Beşiktaş”, “Şaxtyor Donetsk”, “Zenit”, Türkiyə millisi və “Dinamo Kiyev”də baş məşqçi kimi işləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı