Lənətlənmiş sarkofaqın sirri açıldı - 22 elm adamının müəmmalı ölümünün səbəbi bu imiş

Misir fironu Tutanxamenin sarkofaqını açan insanların qısa zamanda niyə ölməsinin sirri açılıb.

Metbuat.az xəbər verir ki, lənətləndiyi iddia edilən firon sarkofaq haqqında həqiqəti ortaya qoyan elm adamları ölümcül sondan xilas olmağın yollarını da açıqlayıblar. 1922-ci ildə Hovard Karter tərəfindən Krallar Vadisində kəşf edilən Misir fironu Tutanxamenin sarkofaqını açan elm adamlarının qısa müddətdə ölməsindən sonra onun lənətləndiyi irəli sürülüb. Misirdə Qahirə Muzeyinə köçürülən sarkofaqı ilk dəfə açan 22 arxeoloqun hamısının 1929-cu ildə vəfat etdiyi məlum olub.

Misirin antik əsərlər üzrə keçmiş naziri Zahi Havass təəccüblü açıqlamalar verib. Əfsanəvi lənətin olmadığını deyən Havass, müasir arxeoloqlara ölümcül sondan qurtulmağın yollarını izah edib. Havass, 1923-cü ildə sarkofaq ilk dəfə açıldığı zaman ölən Lord Karnarvonun ağcaqanad dişləməsindən öldüyünü deyib. Digər ölümlərin də elmi izahının olduğunu deyən Havass, "Məzarda mumya varsa, bu mumiyada görə bilmədiyiniz mikroblar var. Keçmişdə arxeoloqlar tələsirdilər və qəbirlərə girib mikroblardan ölürdülər” deyə bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı