Ermənistanda bir nəfər olsun azərbaycanlı qalmayıb

Qərbi azərbaycanlıların hüquqlarının qorunması məsələsində biz həmişə Azərbaycan dövlətinin qayğısını hiss etmişik.

Metbuat.az xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Bakıda keçirilən "Ermənistandan didərgin salınmış Azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

"Ələlxüsus, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra, bu sahədə sistemli tədbirlər həyata keçirilib. Ötən illər ərzində Azərbaycan Respublikası Hökuməti Ermənistandan qovulmuş azərbaycanlı qaçqınlara əhəmiyyətli həcmdə sosial-iqtisadi yardımlar göstərib, onların dinc və təhlükəsiz şəkildə inkişafını təmin edib, hüquqlarının qorunması məsələsini beynəlxalq müstəvidə qaldırıb. Prezident İlham Əliyevin bu məsələdə daima nümayiş etdirdiyi prinsipial mövqe, ələlxüsus, 24 dekabr 2022-ci ildə İcmamızın inzibati binasını ziyarəti, orada proqram xarakterli çıxış etməsi, Qərbi azərbaycanlıların hüquqlarının bərpa olunmasına və onların öz doğma torpaqlarına qayıtmasına möhkəm və birmənalı dəstək ifadə etməsi bizi xüsusilə ruhlandırıb”.

Onun sözlərinə görə, dünya miqyasında qaçqınların sayında təəssüf doğuran artımı ürək ağrısı ilə müşahidə edirlər.

“Qaçqın və məcburi köçkünlərin əhəmiyyətli bir hissəsi öz yurdlarından silahlı münaqişələrin yan təsiri kimi didərgin düşmüşdür. Lakin bəzi hallarda məkrli aktorların silahlı münaqişələri məhz etnik təmizləmə məqsədilə başlatdığı qeyd edilməlidir. Belə mənfur nümunələrdən biri də Ermənistanın əməlləridir.

Ermənistanın hərəkətləri Ermənistandakı azərbaycanlıların öz ata-baba yurdlarından qovulması ilə nəticələnmişdir. Nəticədə bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb", - icma sədri deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı