Azərbaycan və Rusiya XİN başçılarının görüşü başlayıb

Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında ikitərəfli görüş başlayıb.

Metbuat.az “Report”a istinadən xəbər verir ki, görüş Rusiya Xarici İşlər Nazirliyinin binasında keçirilir.

Görüş zamanı Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı vəziyyət müzakirə olunacaq.

“Bir sıra iri layihələrimiz var. Buraya “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi və bir çox başqa enerji layihələri daxildir. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı vəziyyətə dair fikir mübadiləsi aparacağıq. Mən bizim təmaslarımızın bu istiqamətdə necə inkişaf etdiyi barədə fikir mübadiləsi aparmağa hazır olacağam”, - Lavrov bildirib.

Xatırladaq ki, C.Bayramov dekabrın 4-də Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının bu gün Moskvada keçiriləcək iclasında iştirak etmək üçün Rusiyaya işgüzar səfərə gedib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı