Qəzzada 250 məntəqə bombalandı

İsrail ordusu son 24 saat ərzində blokadada olan Qəzza zolağında təxminən 250 məntəqənin hava zərbələrinə məruz qaldığını bildirib.

Metbuat.az xəbər verir ki, Qəzza zolağının şimalı ilə yanaşı cənubundakı Xan Yunisə qurudan hücuma keçən İsrail ordusu bölgəyə qarşı hava hücumlarını artırıb. Ordunun açıqlamasında vurulan yerlərin HƏMAS-ın hərbi qanadı olan “İzəddin əl-Qəssam Briqadaları”na aid hədəflər olduğu iddia edilib.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin həyata keçirdiyi hücumlarda ümumilikdə 16 min 248 fələstinli həyatını itirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı