Yeni rektor onu özünə müşavir təyin etdi - FOTO

Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru Rüfət Əzizov özünə müşavir təyin edib.

Metbuat.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu vəzifəyə 38 yaşlı İsmayıl İsmayılov təyinat alıb.

Qeyd edək ki, İsmayıl Teyyub oğlu İsmayılov 2017-ci ildə 32 yaşında kimya üzrə elmlər doktoru elmi dərəcəsinə layiq görülüb.

O, elmi fəaliyyətini akademik Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda davam etdirir.

Xatırladaq ki, R.Əzizov sentyabr ayında Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR