Messinin davranışı məşqçini özündən çıxardı - Komandadan gedir

Argentina millisində Lionel Skaloni Lionel Messi ilə mübahisə etdikdən sonra istefa verə biləcəyini bildirib.

Metbuat.az xəbər verir ki, Skaloni Cənubi Amerika Dünya Kubokunun seçmə mərhələsində Braziliyanı səfərdə məğlub etdikdən sonra komandadan gedə biləcəyini ifadə edib. “The Athletic”in məlumatına görə, Argentinanın baş məşqçisi yığmadakı mühitdən narazıdır və Braziliya ilə oyundan əvvəl Messi ilə gərginlik yaşayıb. Gərginlik Messinin oyun başlamazdan əvvəl komanda yoldaşlarını meydançadan çıxarıb soyunub-geyinmə otağına aparması ilə başlayıb. Bildirilir ki, Messi bu qərarı məşqçi ilə məsləhətləşmədən verib.

Qeyd edək ki, polislə Argentina azarkeşləri arasındakı gərginliyə etiraz olaraq Messi komanda yoldaşlarını meydançadan çıxarmışdı. Gərginlikdən sonra başlayan oyun Argentinanın 1-0 hesablı qələbəsi ilə başa çatmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR