O’Brayeni Azərbaycana gətirən SƏBƏB: “Vaşinqton ritorikasını dəyişməlidir”

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayen Azərbaycana səfər edəcək.

O,Brayeni Bakıya gətirən səbəblər barədə Metbuat.az-a açıqlama verən politoloq İlyas Hüseynov bildirdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevlə ABŞ-nin dövlət katibi Entoni Blinken arasında keçirilən telefon danışığı zamanı bu razılıq əldə olunub:

İlyas Hüseynov: Milli həmrəylik və birlik Azərbaycanı bütün dünyanı bürüyən koronavirus sınağından da uğurla çıxmasının başlıca şərtidir

“Cənab prezident ABŞ rəsmisi ilə telefon danışığı zamanı öz şərtini də irəli sürərək bildirib ki, Azərbaycan rəsmiləri də Birləşmiş Ştatlara səfər edə biləcəklər. Yəni belə bir əngəl aradan qaldırılacaq. Blinkin də bununla razılaşdı. Qeyd edim ki, bu dialoq onu deməyə əsas verir ki, artıq ənənəvi alışdığımız press-reliz yoxdur və qarşılıqlı tələblər ön plana çəkilib.

O’Brayenin bu səfərindəki portfelində istəkləri və məqsədləri var.Rəsmi Bakı buna ciddi hazırlaşmalıdır. Hazırda Rusiyanın maraqlarını regiondan sıxışdırıb çıxartmaq ABŞ-nin əsas geosiyasi prioritetlərindəndir. Bu da özünü Rusiya Ukrayna müharibəsi fonunda bütün postsovet məkanında göstərir”.

Analitiklər deyir ki, Ceyms O’Brayenin səfər planlarına Azərbaycanı sülh danışıqlarının Qərb platformalarında aparılmasına razı salmaq da daxildir.

Bu barədə fikirlərə münasibət bildirən politoloq hesab edir ki, Ermənistanın maraqları hesabına bunu etmək yolverilməzdir:

“ Azərbaycan Cənubi Qafqazda enerji resursları uyğun geostrateji yerləşməsi ilə əsas geosiyasi oyunçudur. Təbii ki, bütün bu amilləri ABŞ da nəzərə almalıdır. ABŞ ermənipərəst mövqe sərgiləməklə özünü proseslərdən kənarlaşdırır və vasitəçilik missiyası da dalana dirənir. Vaşinqton əgər neytral vasitəçi kimi özünü göstərməyə çalışırsa, erməni lobbisinin digər hansısa maraqlı tərəflərin sifarişlərinə təlimatlarına qulaq asmamalıdır. Bir sözlə O’Brayen ritorikasını dəyişməlidir”.

İlyas Hüseynov qeyd etdi ki, Entoni Blinken davranışlarında və çıxışlarında Azərbaycanın maraqlarına zərbə vuracaq, hansısa epitetlərin səslənməsinə şərait yaratmamalıdır:

“Yaxşı olardı ki, ABŞ-nin Azərbaycana yeni təyin olunmuş səfiri işğaldan azad olunmuş ərazilərə xüsusilə mədəniyyət paytaxtımız Şuşaya səfər etsin. Bununla Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunacaq. Bu səfər hazırkı dönəmdə kritik əhəmiyyət kəsb edir. Bununla Bakı ilə Vaşinqton arasında münasibətlər yeni keyfiyyət müstəvisinə daxil ola bilər”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı