“Barselona”nı çiyinlərində "daşıyan" futbolçu klubdan gedir

“Barselona”nın hücumçusu Robert Levandovski klubu tərk edə bilər.

Metbuat.az xəbər verir ki, “Barselona” mövsümün sonunda 35 yaşlı futbolçunu sata bilər. Məlumata görə, Levandovskiyə Səudiyyə Ərəbistanı klublarından təkliflər var. Bildirilir ki, “Barselona” futbolçunun satışından yaxşı gəlir əldə etmək istəyir.

Xarici KİV-lər yazır ki, “Barselona”nın “Athletiko Paranaense” klubundan aldığı Vitor Roke də İspaniya təmsilçisinə qoşulacağı üçün, heyətdə hücumçu problemi olmayacaq. Robert Levandovski bu mövsüm 17 matçda iştirak edib, 8 qol və 4 məhsuldar ötürmə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR