Telefonlara zəlzələlərlə bağlı xəbərdarlıq necə gəlir? - Ekspert izah etdi

Xəbər verdiyimiz kimi, 7 dekabr, yerli vaxtla saat 08:16 Xəzər dənizində zəlzələ qeydə alınıb. Təbiət hadisəsindən 5-10 saniyə öncə Android ƏS-na malik telefonlara zəlzələ xəbərdarlığı bildirişi gəlib.

Hazırda bu proqram yalnız Android cihazları üçün əlçatandır. Bu barədə İKT sahəsi üzrə ekspert Bəhruz Əliyev tövsiyyələrini bölüşüb.

Metbuat.az həmin məlumatları təqdim edir:

iOS ƏS-na malik telefonlarda zəlzələ xəbərdarlığı sistemi hələlik yoxdur. Android Zəlzələ Xəbərdarlığı Sistemi smartfonda olan “akselerometr” sensoru vasitəsi ilə titrəmələri aşkarlayır və ərazidəki digər Android istifadəçilərinə xəbərdarlıqlar göndərir.

post-img

Bu əməliyyat sistemi ilə çalışan smartfonlar bütöv bir şəbəkə halında işləyir. Əgər daha çox smartfon bu titrəməni akselerometr sensoru ilə hiss edib qəbul edirsə, müəyyən alqoritmaya əsasən zəlzələ ehtimalı olan bölgələrdə olan android avadanlıqlara bildiriş göndərir.

Bu bildiriş adətən 8-10 saniyə əvvəl gəlsə də, bəzən zəlzələ anında və ya zəlzələ bitdikdən sonra da xəbərdarlıq edə bilər. Zəlzələ olubsa və sizin smartfonda internet, eyni zamanda zəlzələ xəbərdarlığı funksiyası açıq olduğu halda bildiriş gəlməyibsə, bu sizin zəlzələ ocağına yaxınlığınızı göstərə bilər.

Android smartfonlarda zəlzələ xəbərdarlıq funksiyasını aktivləşdirmək üçün, aşağıdakı menu yolundan istifadə edə bilırsiniz.

Settings > Location > Location services > Earthquake alerts

Google's Android Earthquake Alert Did Not Work In India: Here's Why - News18

Onu da qeyd edim ki, Google əsasən 4.5 bal gücündən yuxarı zəlzələlər zamanı bildiriş göndərir.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı