Lionel Messi “İnter Mayami”i ilə müqavilə imzalamadan əvvəl Səudiyyə Liqasında Kriştiano Ronaldo ilə bərabər oynamaq istədiyini açıqlayıb.
Metbuat.az xəbər verir ki, Messi “Əl-Nəssr”in rəqibi olan “Əl-Hilal” klubuna keçməyə yaxın olduğunu ifadə edib. Həmçinin, argentinalı hücumçu keçmiş komandası "Barselona"ya qayıtmağın onun ilk variantı olduğunu bildirib. “Time” nəşrinə danışan Messi, "Səudiyyə liqasına getməyi çox düşünürdüm. Onlar yaxın gələcəkdə mühüm liqaya çevrilə biləcək çox güclü bir rəqabət yaratdılar. Onların təklifi var idi. Məni ölkənin turizm səfiri kimi cəlb etdi. İlk seçimim isə “Barselona”ya qayıtmaq idi, lakin bu mümkün olmadı” deyə bildirib.
Qeyd edək ki, Lionel Messi “Əl-Hilal” klubunun 1 milyard avroluq təklifini rədd edərək “İnter Mayami”yə yollanıb.