Rusiya Prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlayıb.
Metbuat.az xəbər verir ki, Putin Kreml sarayında əsgərlərə medalların təqdim edilməsi mərasimində iştirak edib. Mərasimdə Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlayıb. Rusiya parlamentinin yuxarı palatası Federasiya Şurasının sədri Valentina Matviyenko Putinin seçkilərdə iştirak etmək qərarını dəstəklədiyini açıqlayıb.Rusiyada əvvəlki prezident seçkiləri 2018-ci il martın 18-də keçirilib və Vladimir Putin 76,69 faiz səslə prezident seçilib.