Liderlər qapıda qaldı - FOTO

Böyük Britaniyanın Baş naziri Rishi Sunak Londonda hollandiyalı həmkarı Mark Rutteni qəbul edib.

Metbuat.az xəbər verir ki, görüşdən sonra iki lider baş nazirin iqamətgahı qarşısında kameralar qarşısına keçib. Ardında liderlər içəri daxil olmaq istəsələr də qapı bağlı olub. İki lider, əməkdaşların qapını içəridən kilidləməsi səbəbindən çətin anlar yaşayıb. Liderlər bir müddət qapının qarşısında qalıb və içəridəki rəsmilər qapını açandan sonra içəri daxil olublar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı