​“WhatsApp" işi asanlaşdırdı - Mesaja cavab vermək dərdi qalmadı

“WhatsApp Business” istifadəçilər üçün mesajlara süni intellektin cavab verməsi funksiyasını işə salıb.

Metbuat.az xəbər verir ki, “Android” və “iPhone” istifadəçilərinin biznes hesabları üçün beta versiyasında AI ilə işləyən avtomatik cavablar funksiyası təklif edilib. Bundan əvvəl funksiya yalnız “Android” istifadəçiləri üçün əlçatan idi. Yeni funksiya ilə şirkətlər “WhatsApp” hesablarında süni intellekti aktiv edərək, avtomatik cavablar yarada bilərlər. Şirkətlər iş zamanı və işdən sonra yazılan mesajlara süni intellektlə cavab verə biləcək. Müəssisələr QR kodunu skan edərək yeni funksiyanı aktivləşdirə bilərlər.

Yeni funksiya ilə məhsul detallarının avtomatik paylaşılmasını, müştəri tələbləri əsasında fərdiləşdirilmiş təkliflərin verilməsini, qiymətləndirməni, səhm məlumatları yeniləmələrini və digərlərini təmin etmək olar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı