AMB sədri ekspertlərlə nələri müzakirə edib? - "Yeniliklər gözlənilir"

Mərkəzi Bank üç illik strategiyalarını təqdim edəcək.

Bu addımını müsbət dəyərləndirən iqtisadçı-ekspert Xalid Kərimli Metbuat.az-a bildirdi ki, AMB-nin bu qərarı cəmiyyətə və biznes elitasına faydalı olacaq:


“Bu strategiyada kapital bazarının inkişaf etdirilməsi ilə bağlı planlar əksini tapacaq. Mərkəzi Bank buna ciddi fikir verir və burada da əsas infrastrukturun və etimad mühitinin yaradılmasına diqqət edəcəklər. Mərkəzi Bankın “Open Banking” yəni Açıq Bankçılıq, finteklərlə bağlı planlar da var. Ümumilikdə həmin strategiyada BOKT-ların inkişaf etdirilməsi, inflyasiya, məzənnə ilə bağlı məsələlərdə qeyd ediləcək”.


Azərbaycandakı kommersiya banklarının verdiyi kreditlərin yenə 80 faizə qədəri Bakının payına düşür. Xalid Kərimli qeyd etdi ki regionlarda kreditlərin verilməsində yaranmış çətin vəziyyət AMB-nin diqqətindədir:

“Bu barədə yekun fikir olmasa da, yaranmış vəziyyətin səbəblərinə toxunuldu. Mərkəzi Bankın sistematik surətdə bankların təmərküzləşməsinin qarşısının alınması üçün tədbirlər gördüyü bildirildi.

Müzakirə edilən əhəmiyyətli məsələlərdən biri də məcburi ehtiyat normaları haqqında oldu. Bildiyiniz kimi, Bank sektorunda likvidliyin daha effektiv tənzimlənməsi və likvidliyin təmərküzləşməsi səviyyəsinin azaldılması məqsədilə məcburi ehtiyat normaları üzrə yeni diferensiasiya meyarları müəyyənləşib. Qəbul edilmiş qərara uyğun olaraq 2023-cü ilin noyabr ayından başlayaraq bütün banklar məcburi ehtiyatları yeni normalara uyğun olaraq hesablamalı və 2023-cü ilin dekabr ayının 15-dən etibarən təmin etməlidirlər. Yeni normalar tətbiq edilənədək banklar məcburi ehtiyatları mövcud normalara uyğun olaraq saxlamalıdırlar. Hesab edirəm ki, böyük banklar üçün bu, daha çox baş ağrısı olacaq”.

Gülbəniz Hüseynli / Metbuat,az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı