Qusarda avtobus qəzasında xəsarət alanların kimliyi bilinib - YENİLƏNİB

Qusarda avtoqəza zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub.

Metbuat.az "Report"a istinadən xəbər verir ki, yaralılar Qusar rayon sakinləri - Liana Nəriman qızı Mikayılova, Lamunat Misənnif qızı Bədəlova, Milyanə Vəzirxan qızı Şıxzadayeva, Ruslan Əmiraslan oğlu Əmiraslanov, Aksana Mövlud qızı Beydiyeva və Aysel Mayis qızı Cavadovadır.

Xəsarət alanların hamısı təcili tibbi yardım briqadasınin köməkliyi ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

16:31

Qusar rayonunda yol qəzası baş verib.

Qusar-Xurel marşurutu üzrə hərəkətdə olan avtobus Avaran kəndi ərazisində yoldan çıxaraq dərəyə aşıb.

Nəticədə 6 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR