"Fənərbaxça" İspaniya nəhənginin futbolçusunu alır

"Fənərbaxça" "Atletiko Madrid"in futbolçusu Çağlar Söyüncünü transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, "Fənərbaxça" Çağlar Söyüncü icarəyə götürmək istəyir. “Trt spor”un xəbərinə görə, "Fənərbaxça" İspaniya komandası ilə danışıqlar apararaq Çağlar Söyüncünü icarəyə götürmək məsələsində ilkin razılıq əldə edib. Türkiyə milli komandasının forması ilə Avropa çempionatında meydana çıxmaq istəyən Çağlar, müntəzəm oynaya biləcəyi komandaya qoşulmaq istəyir. Qeyd edək ki, Çağlar Söyüncünün "Atletiko Madrid"lə müqaviləsi 2027-ci ildə başa çatacaq. Mövsümün əvvəlində pulsuz olaraq "Atletiko Madrid"ə transfer olunan müdafiəçi əsas heyətdə yer ala bilmir.

Bu mövsüm "Atletiko Madrid"də 5 oyun keçirən Çağlar Söyüncü qol və ya məhsuldar ötürmə qeyd edə bilməyib. Müdafiəçinin hazırkı transfer dəyəri 15 milyon avro olaraq göstərilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı